İsveçin paytaxtı Stokholm şəhərinin İmam Əli (ə) adına İslam Mərkəzi o həzrətin (ə) mövludu münasibəti ilə İmam Əlinin (ə) Nəcəf şəhərindəki müqəddəs hərəminin qədim fotolarını paylaşıb.
Qeyd edək ki, İmam Əli (ə) Rəcəb ayının 13-də dünyaya gəlib. Dünyanın hər yerində bütün Əhli-Beyt (ə) aşiqləri və İmam Əlinin (ə) şiələri bu günü "atalar günü" kimi qeyd edirlər. /IQNA