IQNA

"ABŞ-ın hegemonçuluğu regionda sabitliyi pozmaqda əsas rol oynayıb"

9:34 - July 06, 2021
Xəbər sayı: 3490218
HİZBULLAH-ın baş katibi ABŞ hegemonçuluğunun regionda sabitliyin pozulmasında əhəmiyyətli bir rol oynadığını bəyan edərək, sionist rejim öz mövcudluğunu ABŞ-ın dəstəyinə borclu olduğunu söyləyib.

Livan İslami Müqavimət Hərəkatının (HİZBULLAH) baş katibi Seyid Həsən Nəsrullah ABŞ hegemonçuluğunun regionda sabitlik və təhlükəsizliyin  pozulmasında əsas rol oynadığını bəyan edərək, sionist rejimin öz mövcudluğunu ABŞ-ın dəstəyinə borclu olduğunu söyləyib.

Seyid Həsən Nəsrullah "Fələstin qələbə çalacaq" konfransının açılış mərasimində deyib: "ABŞ-ın hegemonçuluğu, bölgədəki bütün imkanları İsrail rejiminin ixtiyarına veribdir".

"Haqq budur ki, xalqlar ABŞ-ın müdaxilələri və diktələri olmadan öz müqəddəratlarını təyin etsinlər", - deyə Livan Hizbullahının baş katibi qeyd edib.

Nəsrullah əlavə edib: "Düşmən qarşısında medianın və media diskursiyasının əhəmiyyəti çox aydındır və müqavimət mehvərinin internet saytlarının bağlanması onların effektivliyini və funksionallığını göstərdi: Hansı ki, düşməni əsəbiləşdirir və pərişan edir". /iqna

 

Teqlər: livan ، hizbullah ، Seyid Həsən
captcha