IQNA

ICESCO-da tarixi Quran və İncil nüsxəsi sərgiləndi

18:07 - July 13, 2021
Xəbər sayı: 3490273
İslami Tərbiyə, Təlim və Elmlər Təşkilatı (İCESCO) Mərakeşdəki qərargahında sərgi açaraq Qurani-Kərim "Kufi" xətti ilə əlyazma nüsxəsini və İncilin Ərəb dilində olan Luqa nüsxəsini nümayiş edib.

İslami Tərbiyə, Təlim və Elmlər Təşkilatı (İCESCO) Mərakeşdəki qərargahında sərgi açaraq Qurani-Kərim "Kufi" xətti ilə əlyazma nüsxəsini və İncilin Ərəb dilində olan Luqa nüsxəsini nümayiş edib.

Bu sərgi Mərakeşin İslami İşlər və İslami Fondlar Nazriliyi və Mərakeşin Fas şəhərinin Qərəviyyin Universitetinin həmkarlığı ilə açılıb.

Sərgidə Qərəviyyin kitabxanasının müxtəlif mövzularda özünəməxsus nadir tarixi sənədləri nümayiş olunur.  

Bu sərgidə Kufi xətti ilə yazılmış 20-dən çox Quran nüsxəsi nümayiş olunur ki, bunların çoxu "hərəkə"siz (səs əlamətləri) və nöqtəsizdir. Nüsxələrin yazılma tarixi hicri-qəməri tarixi ilə 3-cü əsrə qayıdır.

Sərgidə hicri-qəməri tarixi ilə 5-ci əsrdə aid Ərəb dilində yazılmış Luqa İncilinin də əlyazma nüsxəsi var.

Bundan əlavə "əz-Zöhd" (Əbu Davud Sicistani), "Tövhiddə hidayət" (Qazi Baqlani) və "əl-Müvəttə" (Yəhya bin Məhəmməd bin İbad əl-Ləxmi) kitablarının da 6-cı hicri əsrinə aid bəzi əlyazma nüsxələri bu sərgiyə çıxarılıb.

Həmçinin sərigidə dini elmlər, astronomiya, fəlsəfə, tarix və digər mövzularda İslam dünyası və qeyri-müsəlman ölkələrdən gətirilmiş nüsxələr nümayiş olunur.  

Qeyd edək ki, Mərakeşin Fas şəhərinin Qərəviyyin kitabxanası hicri-qəməri tarixi ilə 750-ci ildə təsis edilmişdir. /iqna

 
captcha