Şəhidlər ağası Həzrət İmam Hüseynin (ə) şəhadətinin 40-cı günü münasibətilə Əhli-Beyt (ə) aşiqləri dünyanın hər bir yerindən Kərbəlaya axın edir.
İraqın əzadarlıq heyətləri də Ərbəin gününün yaxınlaşdığına görə Kərbəlada müqəddəs hərəmlər səmtinə yürüşə başlayıblar.
Əzadarlıq heyətləri ötən gündən (24 Sentyabr 2021) başlayaraq dəstə-dəstə Kərbəlaya daxil olur, İmam Hüseyn (ə) və Həzrət Əbulfəzl Abbasın (ə) hərəmlərində əzadarlıq edərək Kərbəlanı tərk edirlər.
Yürüşlər bir-birinin ardınca başsağlığı qrupları şəklində olmaqla İmam Hüseynin (ə) hərəminin Qiblə küçəsindən başlayıb, Beynul Hərəmeyn meydanından keçməklə qardaşı Həzrət Əbülfəzl Abbasın (ə) hərəmində əzadarlıq edilməklə yekunlaşır.
Qeyd edək ki, artıq Kərbəla şəhərində zəvvarların sıxlığı müşahidə olunur. / alkafeel