IQNA

Britaniya İslam Şurası, media vasitəsi ilə edilən islamofobiyanı pisləyib

14:05 - December 11, 2021
Xəbər sayı: 3491349
Britaniya İslam Şurası yerli medianın İslama qarşı düşmənçiliyini və müsəlmanlara aid mənfi xəbərləri işıqlandırmasını pisləyib. Həmçinin məsuliyyətli məzmunun dərc olunmasını istəyib.

"İQNA", "Anadolu" Xəbər Agentliyinin ərəb bölməsinə istinadən xəbər verir ki, Britaniya İslam Şurası, noyabrın 30-da açıqladığı hesabatd deyib: "Britaniya mediası müsəlmanlar və İslam dini ilə bağlı xəbərlərində yalan məlumatlar, ümumiləşdirmələr və İslam əleyhinə bəyanatlardan istifadə edib."

2018-ci ilin oktyabrından 2019-cu ilin sentyabrına qədər şura 48 000-dən çox məqalə və 5 500 televiziya xəbərini təhlil edib və göstərib ki, bu məzmunun yüzdə 60-a yaxını İslam və müsəlmanlar əleyhinə və mənfi xarakterli olub.

Britaniya İslam Şurasının sözçüsü və Media Monitorinq Mərkəzinin təsisçisi Miqdad Versi, "Anadolu"ya müsahibəsində Britaniya İslam Şurasına bağlı Media Monitorinq Mərkəzinin dərc etdiyi hesabat haqqında belə deyib: "Hesabatda ölkədə, xüsusən də mediada geniş yayılmış islamafobiyaya dair kifayət qədər sübutlar tapılıb."

O, əlavə edib ki, bu hesabatda BBC-dən tutmuş müxtəlif çap və video mediaya qədər müxtəlif xəbər şəbəkələrində islamofobiya, müsəlmanlara qarşı böhtan və müsəlmanlar haqqında mənfi stereotiplərin miqdarını araşdırılıb.

Versi, bildirib ki, Şura bu hesabatla istəyir ki, İngilis mediasının İslam və müsəlmanlarla bağlı necə xəbərlər hazırladığını göstərsin.

Britaniya İslam Şurasının ilk qadın sədri Zara Məhəmməd də Britaniya mediasının müsəlmanlara qarşı mənfi və qərəzli münasibətindən danışıb: "Britaniya İslam Şurasının hesabatı müsəlman qadınların bacarıqlarının qarşısında daha çox maneələr qoyan bu mənfi xəbərin real təsirlərinə işarə edir. Onların ictimai həyatda və siyasətdə tam iştirakına mane olur."

O, əlavə edib ki, ümid edirik ki, jurnalistika və media standartları yaxşıalşdırılacaq. Bu standartlara riayət etməklə müsəlman icmaları ilə yaxşı rəftar ediləcək."

4019821

captcha