"İQNA", xəbər verir ki, Almaniya Federativ Respublikasının Tehrandakı səfiri Hans Oudo Motsel çərşənbə axşamı, yanvarın 25-də müqəddəs Qum şəhərinə bir günlük səfər edib. O, Həzrət Məsumənin (s) müqəddəs hərəminə gedib. Müqəddəs hərəmin Muzeyinin mədəniyyət və tarixi əsərlərini ziyarət edib.
O, Mərcə-təqlidlərin və alimlərin məzarlarını ziyarət edib.
Almaniyanın səfiri daha sonra Feyziyyə Elmi Hövzəsi, Dinlər və Məzhəblər Universiteti, Alul-Beyt İnstitutunun (Ə) Mədəniyyət və İlahiyyat Kommunikasiya Mərkəzi, Sülh və Dinlər İnstitutu və Müqəddəs Cəmkəran Məscidində olub.
4031411