IQNA

Pakistanlı Qari Beynəlxalq Quran Müsabiqəsinin final mərhələsinə yüksəlib

10:15 - February 01, 2022
Xəbər sayı: 3491665
Pakistanın aparıcı qiraətçilərindən olan Məhəmməd Vəcahət Rza İranın 38-ci Beynəlxalq Qurani-Kərim yarışmasında ilkin mərhələdə ən yüksək pilləni qazanaraq final mərhələsinə yüksəlib.

"İQNA", "Təqrib News"-a istinadən xəbər verir ki, pakistanlı Məhəmməd Vəcahət Rza İranın 38-ci Beynəlxalq Qurani-Kərim yarışmasında ilkin mərhələdə ən yüksək pilləni qazanaraq final mərhələsinə yüksəlib.

Müxtəlif Quran fənləri üzrə bu yarışlarda iştirak edən 69 ölkədən iştirakçılar arasında Pakistan da daxil olmaqla 29 fərqli ölkədən namizədlər finala yüksəlib.

Bu müsabiqənin yekun mərhələsi İslam Mədəniyyəti və Rabitə Təşkilatının Vəqf Təşkilatı və Beynəlxalq Təbliğat İdarəsinin koordinasiyası və planlaşdırılması ilə, virtual olaraq İranın Pakistan üzrə İslamabaddakı mədəniyyət müşavirinin iştirakı və nəzarəti ilə keçiriləcək.

4032827

Teqlər: pakistan ، qari ، quran ، müsabiqə ، final
captcha