IQNA

Müqavimət İslam İnqilabının doğuşu ilə yarandı

11:04 - February 09, 2022
Xəbər sayı: 3491710
Nəsr əl-Şəməri "İslam İnqilabı; Dünyada Müqavimət Proqramı" adlı beynəlxalq vebinarda İslam İnqilabını peyğəmbərlərin gerçəkləşmiş arzusu kimi xarakterizə edən Ayətullah Şəhid Sədrin sözlərinə istinad edərək vurğulayıb: "Harada hegemoniya və sionist işğalçı ilə mübarizə gedirsə, İran onu dəstəkləmişdir. Müqavimət və hegemoniya ilə mübarizə İslam İnqilabının doğuşu ilə yarandı."

"İQNA", xəbər verir ki, Çərşənbə axşamı, fevralın 8-də Fəcr ongünlüyü ilə eyni zamanda və İQNA tərəfindən ölkənin Quran tələbələri Təşkilatının Mubin Studiyasında "İslam İnqilabı, Dünyada Müqavimət Proqramı" adlı beynəlxalq vebinar canlı video konfrans şəklində keçirilib.

Əl-Həşduş-Şəbi təşkilatının bir qolu olan İraq İslami Müqavimət Hərəkatının (Nücəba) sözçüsü Nəsr əl-Şəməri, bu vebinarda deyib ki, İslam İnqilabının doğuşu ilə dünya xalqları müqavimət, əzmkarlıq və qlobal hegemoniya ilə mübarizə kimi yeni mənalarla tanış oldular.

O, bildirib ki, şübhəsiz ki, böyük İmamın (r.ə) başçılıq etdiyi İslam İnqilabının doğuşu təkcə gecədən sonra günəşin doğması deyil. Daha doğrusu, məzlumların zülmünə məruz qalan uzun və qaranlıq gecələrin ardından sonra nurun böyük parıltısıdır.

Həmçinin qeyd edib ki, bundan sonra bütün ruhlar nurun seyrinə can atdığı bir vaxtda səhər açıldı. Bu nur, bu zahid abidin simasında təcəlli edən nurlu sübhdür. O kəsin möhkəm addımları uzun müddətdən sonra bu əsrə keçmək kimidir, Onlar həmçinin bu və digər dövrləri işıqlandırmaq üçün ona rəhbərlik edən bir qrup ay və ulduzu müşayiət etdilər.

Müqavimət İslam İnqilabının doğuşu ilə yarandı

Nəsr əl-Şəməri deyib ki, İslami Müqavimətdə əlimizdə olan hər şeyi, o cümlədən hegemonların qarşısında duruş gətirməyi, silahları və ürək gücünü bu böyük inqilaba borcluyuq. Şəhid Seyyid Məhəmməd Baqir Sədr (r.ə) bu inqilabı peyğəmbərlərin yuxusu kimi təsvir edirdi. O, İslam övladlarına müraciət edərək, bu inqilab və onun banisi İmam Xomeynidə əriməyin vacibliyini də vurğulayıb.

Salam olsun İslam İnqilabına və məzlumlara! İnqilabın banisi İmam Xomeyniyə (rəh) salam olsun! İnqilabın rəhbəri İmam Xameneiyə salam olsun! Hər yerin üstündə, hər səmanın altında bu inqilab şəhidlərinə salam olsun!

İranınn keçmiş xarici işlər naziri Mənuçehr Müttəki Bu proqramın qonağı və məruzəçisi olmuşdur. O, deyib: "Müqavimət İslam İnqilabına bağlıdır."

Livandakı Hizbullahın baş katibinin müavini höccətül-islam vəl-müslimin Şeyx Nəim Qasim, deyib: "Zəiflərə dəstək; İran İslam Cümhuriyyətinin imtiyazlı yanaşmasıdır."

kod

Nigeriya İslami Hərəkatının Rəhbəri höccətül-islam vəl-müslimin Şeyx İbrahim Zəkzaki, deyib: "İslam İnqilabı İranın coğrafi hüdudlarından kənara çıxıb."

Yəmənli siyasi fəal Seyyid Sadiq Al-Şərəfi, deyib: "İran inqilabı İslamın ləyaqətini və nüfuzunu bərpa etdi."

Onlar videokonfrans şəklində bu vebinarda çıxış ediblər.

4034578

captcha