IQNA

Nigeriyada Quranın iqbo dilinə tərcüməsi çap edilib

9:49 - July 02, 2022
Xəbər sayı: 3492489
Cənub-Şərqi Nigeriya müsəlmanlarının səyi ilə Qurani-Kərimin iqbo dilinə tərcüməsi işi uğurla başa çatdırılıb və çap mərhələsinə çatıb.

"İQNA", "Correct Nigeria"-ya istinadən xəbər verir ki, Bu bölgənin şeyxlərindən olan Muhammed Muritala Chukvuemekanın rəhbərliyi ilə müsəlmanlardan ibarət bu qrup 5 ildir ki, tərcümə işlərini görüb.

Chukvuemeka deyib ki, xeyirxah insanlardan və varlı nigeriyalılardan xahiş edirik ki, onun geniş şəkildə çap olunmasında bizə kömək etsinlər.

Hazırda bu tərcümənin 500 nüsxəsi çap edilib və 100 nüsxəsi Cənub-Şərqi Nigeriyaya göndərilib.

Onun sözlərinə görə, bu qrupun missiyası tərcümə edilmiş Quran vasitəsilə Allahın mesajını iqbo dilində danışanlara çatdırmaqdır.

İqbolar Nigeriyanın cənub-mərkəzi və cənub-şərqində yerli etnik qrupdur və Nigeriyada təxminən 33 milyon nəfər yaşayır.

4067676

captcha