"İQNA", "Əl-Əhram"-a istinadən xəbər verir ki, Misir Vəqflər Nazirliyi bu mədəniyyət həftəsinin keçirilməsinə işarə edərək, deyib: "Bu mədəniyyət həftəsi ilə bağlı tədbirlər 23 iyul şənbə günü Qahirənin İmam Hüseyn (ə) məscidindən başlayacaq".
Bu həftənin fəaliyyətləri arasında Quran məclislərinin və məzhəbə aid münacatların keçirilməsi ilə yanaşı, din alimləri, yazıçılar və din elmləri üzrə mütəfəkkirlərin məruzələri də yer alacaq. Bu məclislər şənbədən çərşənbə gününə qədər hər gün məğrib və işa namazları arasında keçiriləcək.
4072378