IQNA

Küveyt Quranı əzbərləmək və oxumaq üçün qış kursu təşkil edir

21:33 - September 24, 2022
Xəbər sayı: 3492973
Küveyt "Huffaz" xeyriyyə qrupu tərəfindən qadınların Quran hifzi və qiraəti kurslarının qış sessiyasına qeydiyyat başlayıb.

"İQNA", "Əl-Cəridə"-yə istinadən xəbər verir ki, “Huffaz” kimi tanınan Quran və onun elmlərinə xidmət edən xeyriyyə cəmiyyəti qadınlar üçün “Zamandan öndə ol və Quranı əzbərlə” adlı xüsusi planın qış kursuna oktyabrın 2-dən dekabrın sonunadək qeydiyyatın aparıldığını açıqlayıb.

“Qurani-Kərimə Xidmət” Assosiasiyasının Qadınlar Komitəsinin rəhbəri Kefa Əl-Ənzi deyib: "Bu qış proqramı Quran öyrənənlərin istək və istedadlarına uyğun olaraq Qurani-Kərimi əzbərləmək, təcvid və qiraət qaydalarını öyrənmək, məqsədi ilə keçirilir".

4087600

captcha