İnsan yer üzündə Allahın canişini, məxluqların üstün olanı və seçən və iradə sahibi olan yeganə məxluqdur. Necə qəbul edə bilərik ki, yol və yol göstərən olmadan bir məxluq varlıq aləmində heyrət içində qalsın və öz halına buraxılsın? Onun düzgün hərəkət etməsi üçün heç bir plan və proqram çəkilmiş olmasın və heç bir rəhbər onu hidayət etməsin? Bu azğın baxış allahşünaslıqla uyğun gəlirmi!?
Qurani-Kərim buyurur: “Onlar, “Allah heç bir bəşərə bir şey (Quran) nazil etməmişdir” deməklə Allahın əzəmətini lazım olduğu kimi dərk etmədilər” (Ənam, 91).
Doğrudan da, necə ola bilər ki, hikmət sahibi olan Allah bütün məxluqatı insan üçün yaratsın, amma onu plansız buraxsın. Bu hikmətə zidd deyilmi? Əgər kimsə belə düşünürsə, Allahı düzgün tanımamışdır.