IQNA

İslam dünyasının məşhur alimləri / 29

Quranın yapon dilinə qeyri-müsəlman tərəfindən tərcümə edilməsi

8:22 - September 21, 2023
Xəbər sayı: 3494769
TEHRAN (IQNA) – Quran bir neçə dəfə yapon dilinə tərcümə olunub. Onlardan biri Okava Şumei tərəfindən İkinci Dünya Müharibəsindən 5 il sonra edilən tərcümədir. Okava qeyri-müsəlman idi.

Quranın yapon dilinə tərcümələrindən birini Okava Şomei edib. Quranın bu tərcüməsi İkinci Dünya Müharibəsindən beş il sonra, yəni 1950-ci ilin fevralında “İvanami Şoten” nəşriyyatında 863 səhifə həcmində çap olunub.

Okava 1886-cı ildə Yaponiyanın şimalındakı Yamaqata bölgəsində anadan olub. Tokio Universitetinin Ədəbiyyat fakültəsinin fəlsəfə şöbəsinə qəbul olunduqdan sonra Şərq düşüncələri və hindu fəlsəfəsi ilə tanış olub. Bir müddət sonra “Mançuri” Cənubi Dəmiryol Şirkətində işləməyə başladı. O, həm də müxtəlif ədəbi əsərlərlə məşğul olmuş və yaponların düşüncələrinin əsasları üzrə nəzəri elm mütəxəssis kimi məşhur olmuşdur.

Okava hüquq sahəsində ciddi tədqiqatçı olub və Yaponiyanın Tokio Universitetində hüquq elmləri doktoru dərəcəsi alıb. Okavanın yazılarından aydın olur ki, o, orta məktəb illərində Həzrət Məhəmmədin (s) həyat hekayəsini öyrənib və İslam dini ilə bağlı maarifləndirici kurslarda iştirak edib. Amma Okavanı İslam haqqında öyrənməyə və İslam dini ilə maraqlanmağa vadar edən onun “Göte”nin əsərləri ilə tanışlığı idi; Necə ki, Qurani-Kərimin tərcüməsinin əvvəlində bu məqamı qeyd etmişdir. Bundan sonra Okava ömrünün sonuna qədər İslam dinini öyrənməyə davam etdi.

Okava Quranı tərcümə etməyə otuz yaşında başlayıb. Onun tərcüməsi yerli jurnalda "Tövbə" surəsinə qədər davamlı olaraq dərc olunur. Eyni zamanda o, “Əl-Hədis” kitabını tərcümə edib, Məhəmməd Peyğəmbərin (s) tərcümeyi-halını yazıb. 1942-ci ildə onun “İslamla tanışlıq” adlı kitabı çapdan çıxıb. Yapon dilində nəşr olunan bu kitab İslamın həqiqi bir din olduğunu anlamağa çox kömək edir.

Okava İkinci Dünya Müharibəsindən sonra Qurani-Kərimi tamamilə tərcümə etməyi düşünür. 1950-ci ildə Qurani-Kərimin yapon dilində tərcüməsini nəşr etdirənə qədər bu işə iki il sərf edir.

Okava İslam haqqında çox şey öyrənsə də, İslam Peyğəmbəri (s) ilə çox maraqlansa da, heç vaxt İslamı qəbul etmədi və nəhayət, 1959-cu ildə 71 yaşında vəfat etdi.

Okava İslam dini haqqında çoxlu məlumata malik olsa da, bir neçə xarici dildə sərbəst danışsa da, ərəb dilini kifayət qədər bilmədiyi üçün qeydində belə yazır: “Yalnız təqvalı müsəlman, həm də ərəb dilini məharətlə bilən Qurani-Kərimi layiqincə tərcümə etməyə qadirdir".

captcha