IQNA

BƏƏ-də Hind Binti Məktum Quran yarışı başlayıb

10:55 - January 09, 2024
Xəbər sayı: 3495267
İQNA – Birləşmiş Ərəb Əmirliklərində 24-cü Şeyx Hind bint Məktum Quran yarışı şənbə günü başlayıb.

"İQNA", "Əl-Xəlic"-ə istinadən xəbər verir ki, bu yarışma Dubayda qadınlar və kişilər üçün iki fərqli yerdə fəaliyyətə başlayıb.

Açılış mərasimində çıxış edən Hakimlər Komitəsinin sədri İbrahim Casim Əl-Mənsuri yarışın 24-cü dövrünün səviyyəsinin yüksəlməsinin Quran hifzi mərkəzlərinin və yerli yarışların təşviqi və inkişafının nəticəsi olduğunu bildirib.

O, bildirib ki, bu Quran yarışının başlamasından əsrin dörddə biri keçsə də, Quran hafizləri arasında yarışlar lazımi səviyyəyə çatıb və iştirakçıların sayı artıb.

İbrahim Casim, həmçinin həkimlər komitəsindən rəqibləri dəqiq və ədalətli qiymətləndirməyi istəyib.

Şeyx Hind bint Məktum Quran müsabiqəsi Dubay Qurani-Kərim Mükafatı tərəfindən hər il təşkil edilən mühüm yarışlardan biridir. Bu müsabiqə Qurani-Kərim hafizlərini, xüsusən də qadın hafizləri qiymətləndirmək üçün təşkil edilir.

Müsabiqə yanvarın 13-dək davam edəcək. Bağlanış mərasimi kişilər üçün 16 yanvar, qadınlar üçün isə 17 yanvar olacaq.

4192565

captcha