IQNA

Qəzzədə şəhidlərin sayı 29 min 195-ə yüksəlib

13:00 - February 22, 2024
Xəbər sayı: 3495511
İQNA - Sionist İsrailin xalqın ac və susuz qalmağa məcbur olduğu Qəzza zolağına etdiyi hücumlarda şəhid olan fələstinlilərin sayı son 24 saatda 103 nəfər artaraq 29 min 195 nəfərə çatıb.

"İQNA", xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyi tərəfindən verilən yazılı açıqlamada sionist İsrailin 137 gündür həyata keçirdiyi hücumlar barədə məlumat verilib.

Açıqlamada işğalçı İsrail qüvvələrinin son 24 saatda Qəzza zolağında daha 103 fələstinlini şəhid etdiyi, hücumlarda şəhid olanların sayının isə 29 min 195-ə yüksəldiyi bildirilib.

Bəyanatda sionist İsrail qüvvələrinin son hücumlarında daha 142 fələstinlini yaraladığı və Qəzza zolağında yaralananların ümumi sayının 69 min 170-ə çatdığı bildirilib. Dağıntılar altında və yol kənarlarında hələ də şəhidlərin olduğu vurğulanıb. Lakin işğalçı İsrail qüvvələrinin mane olması səbəbindən tibb qrupları və mülki müdafiə zabitləri cəsədlərii çıxara bilməyib.

captcha