IQNA

HƏMAS-dan İrana başsağlığı və həmrəylik mesajı

11:05 - May 21, 2024
Xəbər sayı: 3495988
İQNA – Fələstinin İslami Müqavimət Hərəkatı Həmas İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Əmir Abdullahianın helikopter qəzasında şəhid olması ilə bağlı başsağlığı mesajı yayımlayıb.

HƏMAS mesajında meydana gələn vertolyot qəzasında ​​İran prezidenti Seyid İbrahim Rəisi və onu müşayiət edən xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan valisi Malik Rəhməti və Təbriz cümə imamı Höccətül-islam vəl-müslimin Seyid Məhəmməd Əli Ali Haşim və başqalarının şəhadəti ilə əlaqədar İrana başsağlığı verib.

HƏMAS-ın mesajında ​​bu helikopter qəzasında şəhid olanların şərəfli və ləyaqətli mövqeyə malik Fələstin davasında öncül olduqları vurğulanıb.

captcha