IQNA

Oman müftisi: "Şəhid İsmayıl Həniyyənin yolu davam edir"

13:21 - August 02, 2024
Xəbər sayı: 3496450
İQNA – Oman Sultanlığının baş müftisi İslami Müqavimət Hərəkatının (HƏMAS) siyasi ofisinin rəhbəri İsmayıl Həniyyənin Tehranda sionist rejim tərəfindən qətlə yetirilməsini pisləyib və vurğulayıb ki, Fələstin müqaviməti dinamik olaraq davam edəcək və Şəhid Həniyyənin yolu davam edəcək.

"İQNA", "Ərəb21" saytına istinadən xəbər verir ki, Oman Sultanlığının müftisi Şeyx Əhməd ibn Həmd Əl-Xəlili X sosial şəbəkəsində yazıb: "İslami Müqavimət Hərəkatının (HƏMAS) siyasi ofisinin rəhbəri Mücahid İsmayıl Həniyyənin cinayətkar sionist rejimin vəhşicəsinə hücumu ilə öldürülməsinin böyük faciəsi xəbəri çox kədərli və narahatedici idi".
O əlavə edib: "Özümüzə, bütün İslam xalqına, Fələstinin azad xalqına və bütün müqavimət qruplarına dərin hüznlə başsağlığı verirəm. Hər halda Fələstin qəhrəmanının müqaviməti hələ də dinamikdir və bu böyük öndər və mücahiddən sonra onun nəslinin rəhbərliyi bu yolu davam etdirəcək".
Oman Sultanlığının müftisi sözünə belə davam edib: "Müqavimət hələ də sağdır və müqəddəs torpaqların azad edilməsi yolunda var gücü və canla fədakarlıq etməyə və onun pak liderlərinin cərgəsində irəliləməkdə davam edir".
Əl-Xəlili vurğuladı: "Belə vəhşi hücumlar, bu böyük şəhidin dediyi kimi, yalnız müqavimətin gücünü sarsılmaz edəcək və əzmini artıracaq".
Omanın Xarici İşlər Nazirliyi bu hadisə ilə bağlı bəyanat yayaraq bildirib: "İranın paytaxtı Tehranda HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Həniyyənin öldürülməsini pisləyirik və bu, beynəlxalq hüquq normalarının açıq şəkildə pozulmasıdır. Həmçinin humanitar qanunlar və beynəlxalq ictimaiyyətdən İsrailin təcavüzünü dayandırmaq üçün hərəkətə keçməsini istəyirik".
Həmçinin Qətər, İraq, Əfqanıstan, Oman, Rusiya, Əlcəzair, Türkiyə, Pakistan, Livan, Çin və s. ölkələr bu terror aktını pisləyib.
4229533

captcha