Livan Hizbullah Hərəkatının baş katibi Şeyx Nəim Qasım çıxışında bölgədəki prosesləri dəyərləndirib.
Hizbullah Rəhbəri Şeyx Nəim Qasım, düşmənin regional səviyyədə genişlənmə planına qarşı hər cür müqaviməti məhv etməyə çalışdığını ifadə edərək, “İsrailin cinayətləri müqaviməti qırmaq məqsədi ilə edilib; lakin bu tədbirlər uğurlu alınmadı. Ona görə də bu cinayətləri uğur kimi qiymətləndirmək olmaz”.
Düşmənin müqaviməti qırmaq məqsədini puça çıxardıqlarını və məskunlaşanları köç etməyə məcbur etdiklərini ifadə edən Nəim Qasım, “Biz heç vaxt təslim olmayacağıq, heç vaxt alçaldılmayacağıq və bu, Hizbullahın müqaviməti ilə mümkün olmayacaq. Problem müqavimət deyil, təcavüzdür. Düşmən Hizbullahın müqaviməti ilə qarşılaşma ehtimalının dalana dirəndiyini anladı və buna görə də hücumu dayandırmaq üçün razılaşmaya üz tutdu."
Sionist rejimin ABŞ-ın dəstəyi ilə Suriya ordusunun bütün obyektlərini yerlə-yeksan etdiyini və önləyici müdafiə və gələcək qorxusu adı altında bölgəni məhv etməyə çalışdığını bildirən Hizbullah Rəhbəri, “Livan müqaviməti, millət və ordu sionist rejimin bu ölkədə öz məqsədlərinə çatmasına mane oldu" dedi.
Suriyadakı hadisələrə də toxunan Nəim Qasım, “Suriya hökuməti yeni qüvvələr tərəfindən yıxıldı. Biz bu qüvvələr barədə yalnız o zaman mühakimə edə bilərik ki, onlar aydın mövqe tutsunlar və vəziyyətlərini təşkil etsinlər. “Biz bütün Suriya tərəflərinin iştirakına ümid edirik ki, hökumət Suriya vətəndaşlarından ibarət olsun”.
Hizbullah Rəhbəri çıxışına belə başladı: “Biz Suriyanı İsrailə düşmən olduğu üçün dəstəklədik. Ümid edirik ki, Suriyanın yeni hökuməti İsraili düşmən kimi görəcək və bu rejimlə münasibətləri normallaşdırmayacaq”.
4254207