Dəfn mərasimi üçün yaradılmış meydan komitəsinin rəhbəri Nasir Əhzər bu gün keçirdiyi mətbuat konfransında Seyid Həsən Nəsrullah və Haşim Səfiyyüd-Dinin dəfn mərasimi ilə bağlı yeni məlumatlar verib.
Əhzər, "Bu mərasim bazar günü (23 fevral) Livan vaxtı ilə saat 09:00-da başlayacaq və 17:30-a qədər davam edəcək. Dəfn mərasimi ən azı dörd dildə canlı yayımlanacaq".
Mərasimdə iştirak etməyə çağıran Nasir Əhzər, “Livan xalqını, ərəb və İslam ölkələrinin xalqını, dünyanın bütün azadlıqsevər xalqlarını şəhid liderlərin dəfn mərasimlərində iştirak etməyə dəvət edirəm” dedi.