"İQNA", "Ərəbi 21" saytına istinadən xəbər verir ki, Əl-Əzhər Şeyxi Əhməd Tayyib X sosial platformasında dərc etdiyi mesajda İslam ümmətindən fələstinli qardaşlarını unutmamalarını və onların düşmənlər üzərində qələbə çalmaları və öz torpaqlarında ailələri ilə birlikdə qalmaları üçün dua etmələrini istəyib.
O, həmçinin Allahdan qəzzalı fələstinliləri vətən və vətənpərvərlik mənasını bilməyən şər qüvvələrin planlarından qoruması üçün dua edib.
Əhməd Tayyib bütün İslam dünyasını Ramazan ayının gəlişi münasibətilə təbrik edib.
Səudiyyə Ərəbistanı və 17 digər ərəb ölkəsi cümə axşamı hilal göründükdən sonra şənbə gününü Ramazan ayının ilk günü elan edib.
Səudiyyə Ərəbistanı, Misir, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman Sultanlığı, Bəhreyn, Küveyt, Fələstin, Yəmən, İraq, İordaniya, Suriya, Livan, Sudan, Liviya, Tunis, Əlcəzair və Somalidə hakimiyyət orqanları bu gün müqəddəs Ramazan ayının başlanğıcı elan ediblər.
Mərakeş, İraq və Livandakı şiələr bazar gününü Ramazan ayının ilk günü elan ediblər.
4268843