“Maan”-ın verdiyi məlumata görə, Misirin xarici işlər naziri Bədr Əbdülətti Fəth hərəkatının nümayəndə heyəti ilə görüşündə Qahirənin sionist rejimin Qəzza zolağının İordan çayının qərb sahilindən ayrılması cəhdlərinə qarşı olduğunu bildirib və əlavə edib: “Misir İsrailin Qəzza zolağı və İordan çayının qərb sahilinə beynəlxalq hüquq normalarına məhəl qoymayan hərbi hücumlarına tamamilə qarşıdır”.
Əbdülətti sözünə belə davam etdi: “Təl-Əvivin güclə bağlı aldatmaları heç vaxt İsrailin təhlükəsizliyini təmin etməyəcək. Əksinə, qətllər regionda sionistlərə qarşı nifrət və intiqamı daha da artıracaq”.
Misirli nazir həmçinin sionist rejimin Qəzza zolağındakı cinayətləri qarşısında dünya ölkələrinin biabırçı sükutunun davam etməsinin mümkün nəticələri barədə xəbərdarlıq edib.