IQNA

Quterreş:

Qəzzada aclıq bəşəriyyətin iflasını göstərir

11:02 - August 24, 2025
Xəbər sayı: 3498744
İQNA - BMT-nin baş katibi Antonio Quterreş Qəzzadakı vəziyyətlə bağlı çıxışında bildirib ki, Qəzza cəhənnəmini təsvir etmək üçün sözlər artıq tükənib, indi isə ora yeni bir kəlmə əlavə olunub: “Aclıq”.

Mərkəzi Fələstin İnformasiya Mərkəzinə istinadən verilən xəbərə görə, o vurğulayıb ki, Qəzzadakı aclıq müəmmalı məsələ deyil, insan əli ilə yaradılmış bir fəlakətdir; bu fəlakətin mənəvi və hüquqi məsuliyyəti işğalçı qüvvə kimi “İsrail”in üzərinə düşür.

Quterreşin sözlərinə görə, bu aclıq sadəcə qida çatışmazlığı deyil, insanın yaşaması üçün həyati sistemlərin qəsdən məhv edilməsidir.

BMT baş katibi əlavə edib: “Qəzza əhalisi aclıqdan ölür, uşaqlar həyatlarını itirir və hərəkətə keçməli olanlar uğursuzluğa düçar olublar.”

O, bu vəziyyəti mənəvi ittiham və bəşəriyyətin iflası adlandırıb.

Quterreş bildirib ki, beynəlxalq qanunlara əsasən, sionist rejim mülki şəxslər üçün Qəzzada ərzaq və dərman təminatını təmin etməyə borcludur, lakin indiyə qədər bu öhdəlikdən boyun qaçırıb.

O həmçinin xəbərdarlıq edib: “Bu vəziyyətin cəzasız qalmasına icazə vermək olmaz.”

Quterreş dərhal atəşkəsin elan edilməsini, bütün əsirlərin azad olunmasını və humanitar yardımların tam və maneəsiz şəkildə çatdırılmasını tələb edib.

4301273

captcha