“İQNA”-nın “24 horas” saytına istinadən verdiyi xəbərə görə, Bask partiyaları, xüsusilə mərakeşlilərin hədəfə alınmasının artmasından, irqçi və düşmənçilik dolu ritorikaların çoxalmasından sonra ifrat sağçı təşkilatlara, xüsusən də Vox partiyasına qarşı elan olunmamış bir mübarizəyə girişiblər.
İspaniya mediasının məlumatına görə, Bask bölgəsindəki siyasi qüvvələr, artan anti-miqrant ritorikasının cəmiyyətlərini hədəfə almasının qarşısını almağa çalışırlar ki, bu da onların ifrat sağçı Vox partiyası ilə qarşıdurmasına səbəb olub. Bu gərginlik, həmin partiyanın Mursiyanın Torre-Pacheco bölgəsində baş verən hadisələrdən miqrantlara qarşı sistemli nifrət kampaniyası başlatmaq üçün istifadə etməsindən sonra yaranıb.
Elə həmin ifrat sağçı partiya, Xalq Partiyası ilə əməkdaşlıq edərək, Cemiella şəhərində idman mərkəzlərində müsəlmanların namaz qılmasını qadağan edib.
Məlumatlı mənbələrin bildirdiyinə görə, Bask hökuməti sərt reaksiya verərək Vox-un mövqelərini tənqid edib və dinlər arasında “ayrı-seçkiliyin yolverilməzliyi”ni vurğulayıb.
Hökumət, həmçinin Vox-un davranışına dair “dərin narahatlıq” ifadə edib və Bask ölkəsində müxtəlif mədəniyyətlərin birgəyaşayış şəraitinin “yaxşı” olduğunu qeyd edib.
Vox partiyası bundan öncə keçirilən qurultayında miqrasiyanı İspaniyada “radikal islamın yayılması” ilə əlaqələndirmiş və iddia etmişdi ki, bu məsələ Bask və Kataloniya bölgələrində ərəbcə öyrənmə zərurəti yarada bilər.
Partiya Bask bölgəsindəki seçki kampaniyasında miqrasiyanı cinayət və təhlükəsizliksizliklə əlaqələndirib. Partiya liderləri, o cümlədən Xavyer Ortega Smit, ictimai resursların “qonşuluqları qorxuya salan və qanunu saymayan qeyri-qanuni miqrantlara” verildiyini söyləyiblər.
Həmin partiya, həmçinin Bask parlamentində Qurban bayramı kimi bayramların qadağan edilməsini təklif edib və bu mədəniyyət formalarının İspaniyaya yad olduğunu iddia edib ki, bu da basklar arasında geniş narazılıq doğurub.
Kornika Vaska qəzetinin yazdığına görə, Vox-un 2020-ci ildə Bask parlamentinə daxil olmasından bəri, Xalq Partiyası istisna olmaqla, bütün yerli partiyalar onun siyasi təcridinə çalışıblar.
4301818