IQNA

Hizbullahın Nəsrullah və Səfiyəddin şəhidlərinin ildönümü ilə bağlı proqramları elan edildi

10:35 - September 17, 2025
Xəbər sayı: 3498883
İQNA - Livan İslami Müqavimət Hərəkatı (Hizbullah) şəhid Seyid Həsən Nəsrullah və Seyid Haşim Səfiyəddinin şəhadət ildönümü tədbirlərinin təfərrüatlarını açıqlayıb.

“Əl-Mənar kanalının verdiyi xəbərə görə, Hizbullahın informasiya şöbəsinin məsulu Əli Zahir şəhidlərin ildönümü ilə bağlı proqramı təqdim edib.

O, mətbuat konfransında bildirib ki, bu ilki tədbirlərin şüarı “Bağladığımız əhddə sadiq qalacağıq” olacaq və mərasimlər 25 sentyabrdan 12 oktyabra qədər keçiriləcək.

Zahir açıqlayıb ki, 25 sentyabrda, saat 17:00-dan 19:00-a qədər Beyrutdakı Saxrət-ür-Ruşə qayası üzərində hər iki şəhidin şəkilləri işıqlandırılacaq və dəniz proqramları da təşkil olunacaq.

O, həmçinin qeyd edib ki, Hizbullahın şəhid olmuş üç baş katibinin məzarları önündə eyni vaxtda keçiriləcək mərkəzi və rəsmi mərasimdə təşkilatın baş katibi Şeyx Nəim Qasim də çıxış edəcək.

Zahir bildirib ki, Seyid Həsən Nəsrullahın şəhid olduğu anlarda xalq toplantıları təşkil ediləcək və bununla yanaşı, bütün Livan bölgələrində kütləvi yürüşlər, həmçinin “ümmətin Seyyidüşşühədasının ucalış günü” münasibətilə qrup halında toplantılar keçiriləcək.

O vurğulayıb ki, beynəlxalq qarilərinin iştirakı ilə Quran məclisləri, Nəbi Şitdə bu şəhidlərin şəkillərinin ucaldılması, Müqavimət oxu şairlərinin beynəlxalq şeir gecəsi, müsəlman alimlərinin toplantısı və təsviri sənətlər sərgisi də Nəsrullah və Səfiyəddin şəhidlərinin ildönümünə həsr olunmuş xüsusi proqramlar arasında olacaq.

4305473

captcha