IQNA

Həmas, şəhid Məhəmməd və Yəhya əs-Sinvar qardaşlarının cəsədlərinin təhvil verilməsini tələb edib

9:41 - October 09, 2025
Xəbər sayı: 3499003
İQNA - Həmas, Misirin Şərm əl-Şeyx şəhərində davam edən danışıqlarda şəhid Məhəmməd və Yəhya əs-Sinvar qardaşlarının cəsədlərinin təhvil verilməsini tələb edib.

“əl-Mənar” kanalının verdiyi xəbərə görə, Həmas İsrail tərəfindən ömürlük həbsə məhkum edilmiş daha çox sayda fələstinli məhbusun azad edilməsini, həmçinin 7 oktyabr hücumunun memarları hesab edilən şəhid Yəhya və Məhəmməd əs-Sinvarın cəsədlərinin təhvil verilməsini istəyib.

İsrail bundan əvvəl Yəhya əs-Sinvarın cəsədinin gizli bir yerə köçürüldüyünü bildirərək onun təhvil verilməsindən imtina etmişdi.

Misir mənbələrinin məlumatına görə, Həmas həmçinin Fəth hərəkatının liderlərindən olan və İsrail tərəfindən beş dəfə ömürlük həbs və əlavə 40 il həbs cəzasına məhkum edilən Mərvan əl-Bərqutinin azad olunmasını da tələb edir.

Reuters agentliyi danışıqlarla bağlı məlumatlı mənbəyə istinadla xəbər verib ki, qarşıdakı 24 saat razılaşmaya nail olunub-olunmamasını müəyyən edəcək həlledici vaxt olacaq.

Məlumata görə, bu gün, çərşənbə günü İsrail heyətinə rəhbərlik edən strateji məsələlər naziri Ran Dərmer, həmçinin Qətər Baş naziri və Türkiyə kəşfiyyat xidməti rəhbəri danışıqlara qoşulacaqlar.

Əl-Cəzirə telekanalı isə ötən gecə Həmasdakı məsul bir mənbəyə istinadən bildirib ki, bu hərəkat beynəlxalq zəmanətlərin verilməsini — yəni müharibənin yenidən başlanmamasını təmin etməyi, eləcə də sonuncu israilli əsirin, işğalçı sonuncu hərbçinin Qəzzadan çıxması ilə eyni vaxtda təhvil verilməsini tələb edir.

4309554

Teqlər: həmas ، şəhid ، misir ، israil
captcha