IQNA

Nücəba hərəkatının baş katibi: “Trampın bundan sonra heç aramlığı olmayacaq”

9:45 - March 04, 2026
Xəbər sayı: 3499854
İQNA – Şeyx Əkrəm Əl-Kəbi deyib: “Mövlamız İmam Zamanın (ə.f) naibi şəhid Ayətullahul-üzma Seyid Əli Hüseyni Xameneinin şəhadətini o Həzrətə, İslam ümmətinə və dünyanın azad ruhlu insanlarına dərin hüznlə başsağlığı veririk”.

“İQNA”, xəbər verir ki, Nücəba hərəkatının baş katibi Şeyx Əkrəm Əl-Kəbi deyib: “Mövlamız İmam Zamanın (ə.f) naibi şəhid Ayətullahul-üzma Seyid Əli Hüseyni Xameneinin şəhadətini o Həzrətə, İslam ümmətinə və dünyanın azad ruhlu insanlarına dərin hüznlə başsağlığı veririk”.

O, vurğulayıb ki, qəlblərimiz kədərdən alovlanır. Bu böyük mərcəyi-təqlidin, yanında olanların və ailə üzvlərinin qanlarının tökülməsi nəticəsində yaranan qəzəb və ağrımızı heç bir kəlmə bəyan edə bilməz.

Əl-Kəbi, bildirib: “Baxmayaraq ki, fəsad adasının məzunu Trampı dəyərsiz və əskik sayırıq, bu müharibə taciri və cinayətkar terrorist xəbərdarlıq edirik ki, necə bir mərcəyi-təqlidi şəhid edib və ciyərimizi necə yandırıb. O bilməlidir ki, onun və ətrafındakıların cəhənnəmin dibinə gedənə qədər heç bir aramlığı olmayacaq”.

4337773

captcha