“İQNA”-nın verdiyi xəbərə görə, ölkənin beynəlxalq qarisi Məhəmmədhəsən Müvəhhidi "Didar" televiziya proqramında (Seyid Vahid Murtəzəvinin aparıcılığı ilə Quran və Məarif Səması kanalından yayımlanır) Şəhid İnqilab Rəhbəri, Ayətullahul-Üzma Seyid Əli Xamenei ilə görüşlərinə dair xatirələrini və danışılmamış məqamları bölüşüb.
Müvəhhidi sözlərinə belə davam edib: “Biz hələ də rəhbərimizin yasını tuta bilməmişik. Sinələrdə udulmuş bir həsrət qalıb, bilmirik ki, nə vaxt püskürmək imkanı tapacaq. Biz hələ atalarımız nəslinin İmam Xomeyninin (r.ə) vəfatı üçün tutduqları yas kimi dərdimizi boşalda bilməmişik”.
Tələbə Beynəlxalq Quran Müsabiqələrində birincilik qazanmış bu qari əlavə edib: 2005-ci ildə (1384-cü il) Quran müsabiqələrində yer qazandıqdan sonra elmi və mədəni nümunə kimi Şəhid İnqilab Rəhbərinin seçilmişlərlə görüşündə qiraət etməyə dəvət olundum. O görüşdə "Fəth" surəsinin bəzi ayələrini qiraət etdim və Həzrət Ayətullah da xüsusi qayğı və diqqətlə qiraətimə maraq göstərdi; lakin həvəsləndirilmələrə baxmayaraq, onlarla müsafihə və yaxından söhbət etmək nəsib olmadı.
Bu beynəlxalq qari xatirələrini belə davam etdirdi: 2007-ci il Ramazan ayının əvvəlində Quran cəmiyyətinin İnqilab Rəhbəri ilə görüşündə bir daha qiraət etmək təvəqqi tapdım. O görüş mənim üçün başqa bir əhəmiyyət daşıyırdı; çünki ilk dəfə idi ki, Həzrət Ayətullahla görüşə bildim. Qiraətdən əvvəl, şəhid övladı kimi tanıdılmışdım və Aqa qiraətim bitdikdən sonra böyük məhəbbət və qayğı ilə buyurdular: "Yaxşı qiraət idi". Daha sonra, atamdan söz açıb dedim ki, mən şəhid Müvəhhidinin oğluyam. Əvvəllər Ağanın nadir yaddaşı haqqında eşitmişdim, lakin atamın şəhadətindən 11 il keçdiyi halda hələ də onları xatırlayacaqlarını təsəvvür etmirdim. Həzrət Ayətullah dərhal atamı tanıdı və bu məqam onların mənə olan qayğı və məhəbbətini daha da artırdı.
Müvəhhidi söhbətinin başqa bir hissəsində Şəhid İnqilab Rəhbərindən əba hədiyyə alması xatirəsinə toxunub, deyib: Həmin görüşdə vəziyyəti münasib görəndə, onlardan xahiş etdim ki, mənə bir əba hədiyyə etsinlər. Həzrət Ayətullah təbəssümlə buyurdu: "Elə bu əbanı istəyirsiniz?" və sonra əlavə etdilər ki, bu aba mümkün deyil, amma mənə bir aba göndərəcəklər. Həqiqətən, təsəvvür edirdim ki, bu məsələ çoxsaylı məşğuliyyətlər arasında unudulacaq; lakin bir həftədən az bir müddət sonra məktəbdə dərs deyərkən, İnqilab Rəhbərinin ofisindən zəng edib Ağanın hədiyyəsini almaq üçün gəlməyimi söylədilər.
O əlavə etdi: İllərdir müxtəlif məclislərdə, o cümlədən xarici ölkələrdəki proqramlarda həmin abanı geyərək qiraət edirəm və qiraətə başlamazdan əvvəl də deyirəm ki, bu aba İnqilab Rəhbərinin hədiyyəsidir. 2010-cu ildə Bəhreyndə də məhz bu abanı geyərək qiraət etdim və Bəhreyn şiələrinin İslam İnqilabına və İnqilab Rəhbərinə olan sevgi və bağlılığı mənim üçün çox təsirli və təqlidəlayiq idi.
4351139