IQNA

Mərakeş seminarında Beynəlxalq dərəcəli Quran “tərtil” qariləri Avropa müsəlmanlarına tanıtdırıldı

10:13 - January 06, 2014
Xəbər sayı: 1351248
Beynəlxalq qrup: Beynəlxalq dərəcəli Quran “tərtil” qariləri dünən (4 yanvar) Belçikanın paytaxtı Brükseldə keçirilən seminarda Avropa müsəlmanlarına tanıtdırıldılar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Mərakeşin rəsmi xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə Beynəlxalq “Quran, tərtil, xitabə və dəyərlər” seminarı dünən (4 yanvar) Mərakeş Alimlərinin Avropa Şurasını həmkarlığı ilə Belçikanın Brüksel şəhərində keçirildi.   

Bu seminar Mərakeş, Misr, Türkiyə, İran, Almaniya, Fransa və Belçikadan olan məşhur Quran qarilərinin iştirakı ilə keçirilib. Seminarın haşiyəsində mədəni, dini və tərbiyəvi fəaliyyətlər də həyata keçirilib.

Avropa müsəlmanlarını Quranın hifzinə, Quranın mənasının dərkinə, İslam maarifini öyrənməyə həvəsləndirmək, Quranın müxəlif gözəlliklərini göstərmək, insanları Quran ilə tanış etmək və əxlaqi və insani dəyərləri açıqlamaq seminarın əsas hədəflərindən olmuşdur.

Bu seminarda beynəlxalq dərəcəli məşhur Quran qariləri və “tərtil” ustadları Avropa müsəlmanlarına tanıtdırıldılar.

Qeyd edək ki, Mərakeş Alimlərinin Avropa Şurası 2010-cu miladi ilində Belçikanın paytaxtı Brükseldə təsis edilmişdir.

1350834

captcha