IQNA

İran və Oman Silahlı Qüvvələrinin Quran yarışlarının seçim turunun qalibləri elan edildi

10:38 - February 03, 2014
Xəbər sayı: 1370068
Quran üzrə fəaliyyətlər qrupu: Dünən (həftənin altıncı günü, Fevral ayının biri) keçirlən seçim yarışlarında İran və Oman Silahlı Qüvvələrinin Quran yarışlarının 6-cı turuda iştirak edəcək qalibləri elan olundu.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə dünən (həftənin altıncı günü, Fevral ayının biri) İran İslam Respublikasının Müdafiə Nazirliyinin "Etiqadi-Siyasi münasibətlər" təşkilatının evsahibliyi ilə İran və Oman Silahlı Qüvvələri arasında keçirilən seçim turunda Quransevərlik yarışlarının 6-cı turunda iştirak edəcək qalibləri elan olundu.
Xəbərə əsasən, İran və Oman Silahlı Qüvvələri arasında keçirilən Quransevərlik yarışlarının 6-cı turu 5 cüz, 10 cüz, 18 cüz və kamil Qutan hifzi ixtisasları üzrə keçirilmişdir.
Bu yarışlarda Quranın kamil hifzi üzrə Məhəmmədrza Şeybani – İran Silahlı Qüvvələri, Mürtəza Məhəmmədnəjad – SEPAH və Əbulqasim Baqiri – SEPAH, birinci, ikinci və üçüncü yerləri qazanıblar.
On səkkiz cüz yarışlarında Məhəmmədəmin Qurbani – SEPAH, Abdullah Səmədiyan – İran Silahlı Qüvvələri və İbrahim Məhəmmədi – İran Silahlı Qüvvələri, birinci, ikinci və üçüncü yerləri əldə ediblər.
On cüz Quran yarışları üzrə üçüncü yeri Məhəmməd Şərifi – İran Daxili İşlər Nazirliyinin polis qüvvələrinin əsgəri qazanmışdır.
Qeyd edək ki, bu yarışların final mərhələsi 2014-cü ilin aprel ayında Oman dövlətinin evsahibliyi ilə Omanda keçiriləcək.

1369528

captcha