IQNA

Qış Olimpiya Oyunlarının haşiyəsində dini ruhiyyənin sülhamiz yaşayışın gücləndirilməsi

8:46 - February 10, 2014
Xəbər sayı: 1373323
Beynəlxalq qrup: Rusiyanın “SUŞİ” Qış Olimpiya Oyunlarının haşiyəsində İslam, Məsihiyyət, Yəhudiyyət, Buddizim və Hinduzim dinlərinin rəhbərləri idmançılar arasında dini ruhiyyənin sülhamiz yaşayışın gücləndirilməsi üçün proqramlar hazırlayıblar.

İQNA- (Beynəlxalq Quran Xəbər Agentliyi) “fait religieux” xəbər saytına istinadən verdiyi xəbərə görə Rusiya dövləti mənəvi proqramların keçirlməsi və mənəvi şəraitin yaradılması məqsədilə Suşi şəhərində “Dini Mərkəz” yaratmışdır. Müxtəlif dinlərin – (İslam, Məsihiyyət, Yəhudiyyət, Buddizim, Hinduzim) - rəhbərləri və fikri məktəblərin nümayəndələri bu mərkəzlərdə dialoq edəcək, idmançı və tamaşaçıların mənəvi və dini ruhiyyəsinin gücləndirilməsi barədə birgə proqramlar hazırlayacaqlar.
Həmçinin Avstriya və Alman KİV-ləri Rusiyanın “SUŞİ” Qış Olimpiya Oyunlarında idmançılar arasında dini bülletenlərin paylandığı barədə xəbər yayıblar.
Rusiya dövləti güclü təhlükəsizlik tədbirlərindən əlavə, yarışların sülh şəraitində keçirilməsi üçün şəhərin müxtəlif yerlərində müxtəlif ibadi və dini mərkəzlər də təşkil etmişdir.

1373010

captcha