İQNA – nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “Əl-Aləm” peyk tv kanalının rəsmi saytına istinadən verdiyi xəbərə görə İşğalşı sionist rejimi Qəzzənin şimalında “Beyt Hanun”a hava hücumu edib. Bu hücumda Qəzzəlilərdən 2 nəfər şəhid olub və ən azı 2 nəfər yaralanıb.
Əşrəf Əl-Qüdrətin – (Fələstin Səhiyyə Naziriliyinin sözçüsü),bu barədə verdiyi açıqlamaya görə işğalçı sionist rejimin bir sərnişinsiz döyüş təyyarəsi Qəzzənin “Beyt Hanun” qəsəbəsində yaşayan fələstinlilərə havadan zərbə endirmişdir.
Bu hava hücumu Beyt Hanunun “Əs-səkkə” xiyabanına edilmiş və xiyabandakı məscidin yaxınlığında yaşayan vətəndaşlardan Musa Zəanin (21 yaşında) və Şərif Yusif Nasir (31 yaşında) şəhid edilmiş və başqa iki nəfər yaralanmışdır.