IQNA

Tehranın Cümə Xətibi:

Qərb insani dəyərləri öz adına müsadirə etmək istəyir / Eşton səhv etdi

9:33 - March 15, 2014
Xəbər sayı: 1386983
Siyasi qrup: Ayətullah İmami Kaşani – Tehranın Cümə İmamı, Tehran Cümə namazının ikinci xütbəsində qərbi “insan hüquqları” terminindən səhv bir anlam tərif etdiyi üçün tənqid edərək dedi: “Onlar çalışırlar ki, insani dəyərləri öz adlarına müsadirə etsinlər və öz istədikləri təriflə ilə öz əməllərini davam etdirsinlər”.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Ayətullah Məhəmməd İmami Kaşani – Xübrəqan məclisinin üzvi və Tehranın Cümə Namazı İmamı, dünən (14 mart) Tehran Cümə namazının ikinci xütbəsində “hicri-şəmsi” ili ilə ilin axır günlərinin və Novruz bayramının yaxınlaşmasına işarə edərək İmam Əlinin (ə) xütbəsindən bir məqamı xatırlatdı. İmam Əli (ə) buyurur: “Günün saatları nə tez keçir. Ayın günləri nə tez keçir. İlin ayları nə tez keçir. İllər necə də sürətlə ötürlər və ömür başa çatır. Madam ki, vəziyyət belədir, siz təqva biri-birinizi qabaqlayın. Səfər edin və yolunuzu düzəldin ki, məmur olduğunuz evi təmir edəsiniz”.
Məhəmməd İmami Kaşani özünü və namaz qılanları təqvaya dəvət edərək dedi: “Bu il də keçdi. Biz gərək baxaq ki, bu il axirət evimiz üçün nə qədər abadlıq etmişik, nə qədər yaxınlarımıza, tanıdıqlarımıza, yetimlərə və gənclərin evliliyinə köməklik etmişik. Dostlarımız bu barədə yardım komitəsində çox zəhmət çəkirlər.”

Xətib İmam Xomeyninin istəyi ilə qurulmuş şəhidlər fondu barədə bildirib ki, "biz İmamın yadigarını dəyərləndirirk, Allah bizim böyük şəhidlərimizi kəramətli və Həzrət Fatimeyi Zəhranın (s) qonağı etsin."

İmami Kaşani iqtisadi müqavimət mövzusunda da danışıb: “Bu işi görənlər məsləhətləşib əməl etməlidirlər. Dövlət və parlament bu məsələni təyin edir, lakin bu iş ekspertlər və idarəçilərin əli ilə görülür.”
Ayətullah İmami Kaşani davamında bildirib ki, "qərblilər İslamın düşmənidir və öz niyyətlərindən əl çəkməyəcəklər. Son məsələlərdə gördüm ki, diplomatlar nüvə məsələləri üçün 5+1 tərəfindən gəlib digər işlər görürlər.
Bu işlər başqa bir şey göstərir. İran dövləti onları rəsmi şəkildə dəvət edib, amma onlar bu işlərlə təkcə İran xalqı qarşısında deyil, həm də dünya qarşısında alçalırlar. Onlar 10-15 nəfərdir, İmam Zaman (ə.f) onların boynunu vuracaq. Onların millətlərlə işi yoxdur, amma millətlər bilirlər ki, insan haqları adı ilə nə işlər görülür. Insan haqları adı ilə gördükləri işlərdə məqsədlərinin nə olduğu aydındır. Onların bu işləri təkfirçilər kimidir. İslam adı ilə insan və müsəlmanı qətlə yetirirlər. Təbii ki, təkfirçilər də onların işinin nəticəsidir."
Cümə namazının xətibi əlavə edib ki, xoşbəxtlikdən İran xalqı həmrəylik və rəhbərin sözlərinə diqqət etmələri nəticəsində bu hərəkətlərə dəyər vermir. Görün, bu gün Suriya, Misir və Bəhreyn nə vəziyyətdədir. Bəhreyndə bu cinayətlər şiələrə qarşı baş verir."
İmami Kaşani həmçinin hicabın qorunmasının lazımlı olduğunu bildirərək deyib ki, "Həzrət Fatimə (s) bizim ülgümüzdür və onun hicabı əzəmət və məntiqin elə bir nöqtəsində idi ki, gərək ülgü olaraq, gözümüz önündə olsun!"

1386825

captcha