IQNA

Türkiyə parlamentinin hicablı nümayəndəsi:

Qərb ölkələrinin müsəlman qadınlarına təhqiramiz baxışları var

8:16 - May 12, 2014
Xəbər sayı: 1405923
Beynəlxalq qrup: Mərvə Qavaqçı - Türkiyə parlamentinin hicablı nümayəndəsi, Türk siyasətçisi və Amerkanın "Corc Vaşinqton" universitetinin beynəlxalq əlaqələr ustadı, Avropa ölkələrini müsəlman qadınlarına qarşı təəssüb və təhqiramiz baxışla yanaşmaqda suçladı.

Beynəlxalq Quran Xəbər Agentliyinin (İQNA) "World Bulletin" internet xəbər saytına istinadən verdiyi xəbərə görə Mərvə Qavaqçı - Türkiyə parlamentinin hicablı nümayəndəsi, Türk siyasətçisi və Amerkanın "Corc Vaşinqton" universitetinin beynəlxalq əlaqələr ustadı, İstambulda keçirilən "müsəlman qadınların Avropadakı təsviri" adlı beynəlxalq toplantıda Avropa ölkələrini müsəlman qadınlarına qarşı təəssüb və təhqiramiz baxışla yanaşmaqda suçladı.
O dedi: "Qərbdə şərqli olmaq bir problemdir. Şərqli müsəlman olmaq daha bir problemdir. Bundan da böyük problem o zaman yaranır ki, şərqli bir müsəlman qadın olsun".
O vurğuladı: "Qərb ölkələrində müsəlmanlara qarşı çox təhqiramiz bir baxış var. Onlar elə fikirləşirlər ki, insani dəyərləri məhz onlar müsəlman xanımlarına öyrətməlidirlər. Əlbəttə təkcə qərbdə deyil, bəlkə Türkiyənin özündə də bir çox qrumlar tərəfindən İslam dininin ardıcıllarına qarşı bu cür təfəkkür tərzi vardır".
Qavaqçı dünyada təsirə malik 500 müsəlmandan biri sayılır. O, 1999-cu ildən bu günədək müsəlman qadınların hüquqlarının müdafiəsi üçün dünyanın bir çox ölkələrinə səfər etmişdir. O, 1999-cu ildə İslamçı "Fəzilət" partiyasının üzvi olaraq Türkiyənin parlamentinə andiçmə mərasiminə daxil oldu. Sekularların təzyiqləri qarşısında məcbur oldu ki, yarım saatdan sonra and içmədən milli məclisi tərk etsin. O və 3 başqa qadın 14 ildən sonra parlamentə qayıda bildilər.
"Müsəlman qadının qərbdə təsviri" toplantısı keçən həftə "Qadın və ailə" beynəlxalq təşkilatının təşəbbüsü ilə Türkiyədə keçirildi.

1405468

captcha