IQNA

9:20 - May 25, 2014
Xəbər sayı: 1410441
Beynəlxalq qrup: Nigeriya vətəndaşları bu gün bu ölkə müsəlmanlarının rəhbəri "III Məhəmməd Sə`d Əbu Bəkr"in dəvətinə cavab olaraq "bukuharam" terroristləri tərəfindən oğurlanmış qızların azadlığı üşün təşkil olunmuş "dua" və etiraz toplantısında iştirak edəcəklər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "sur7" internet xəbər saytına istinadən verdiyi xəbərə göərə Nigeriya vətəndaşları bu gün (25 may 2014) bu ölkənin müsəlmanlarının rəhbəri "III Məhəmməd Sə`d Əbu Bəkr - (Sultan Sukutu)"in dəvətinə cavab olaraq "bukuharam" terrorist qruplşaması tərəfindən oğurlanmış qızların azadlığı üşün təşkil olunmuş "dua" və etiraz toplantısında iştirak edəcəklər.
Nigeriya müsəlmanlarının rəhbəri "III Məhəmməd Sə`d Əbu Bəkr - (Sultan Sukutu)" ümumi bildiriş yayaraq bütün müsəlman vətəndaşlardan, müsəlman vəzifəlilərindən, prezidentin müavini və İslami məzhəblərin rəislərindən dəvət etdi ki, oğurlanmış qızların azadlığı üçün may ayının 25-də keçiriləcək "dua" etiraz toplantısında iştirak edərək "bukuharam" terroristlərinin əməllərinə qarşı etiraz etsinlər.
Məhəmməd Sə`d Əbu Bəkr xalqı dəvət edib ki, bu gün Nigeriyanın paytaxtı "Əbuca" şəhərinin "came məscidi"ndə toplaşaraq "dua" mərasimində iştirak və ölkənin sülh və sabitliyi üçün dua etsinlər.

1410165

Ad:
E-poçt:
* Comment:
* captcha: