İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "ajib" xəbər agentliyinin internet səhifəsinə istinadən verdiyi xəbərə görə Britaniyanın bir qrup müsəlman aktivistləri internetdə kampaniya yaradaraq İngiltərədə İslami bayramların parlament tərəfindən rəsmiyyət tapması üçün imza toplamağa başlayıblar. Onlar imzaları Britaniya parlamentinə göndərəcəklər. İndiyədək 119 min imza toplanmışdır.
Bu ölkənin 2011-ci ildə qərara alınmış qanununa əsasən Britaniya vətəndaşları tərəfindən verilən bir təklif 100 mindən çox imza ilə parlamentə göndərilərsə, bu ölkənin qanunverici orqanının vəzifəsidir ki, qanuna əsasən müzakirəyə çıxarsın.
Kampaniyanın sonuna üç ay qalmasını nəzərə alsaq imza edənlərin bundan da çox olacağına şübhə yoxdur. Buna görə də bu ölkənin parlamenti bu təklifi müzakirəyə çıxarmağa məcbur olacaqdır.
Hal-hazırda Britaniyada təkcə Məsihi bayramları rəsmi şəkildə qeyd olunur. Başqa dinlərin bayram və tətilləri bu ölkənin təqvimində özünə yer almamışdır. Halbuki, müsəlmanların bu ölkədə çoxluğuna görə onların rəsmi tətil və bayramlarının də ölkə təqvimində qeyd olunması qanuna uyğun və məntiqidr.