İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "səfirnews" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə İrlandiyanın Dublin şəhərində yerləşən "Avropa Müftilər Şurası" bəyaniyyə yayaraq elan ediblər ki, bu mərkəzin "Fətva və tədqiqat" şurasının açıqlamasına görə 2014-cü ilin iyun ayının 28-i Hicri-Qəməri tarixi ilə 1435-ci ilin mübarək Ramazan ayının ilk günüdür və avropa müsəlmanları həmin günü oruc tutmalı və yaranmış bu mübarək fürsətdən İslam təlimlərinə daha ciddi riayət etmək və digərləri ilə dostlu və qardaşlıq münasibətlərini möhkəmləndirmək üçün istifadə etməlidirlər.
Şuranın bəyaniyyəsində deyilir: "Nücum elminin indiki dövrdə güclü şəkildə inkişafı və bu elmi inkişafa söykənmək bizə imkan verir ki, mübarək Ramazan ayının ilk gününü dəqiq elmi hesablamalar əsasında öncədən təyin edək".
Avropa Müftilər Şurasının bəyaniyyəsində vurğulanır ki, elmi dəlillərə əsasən bu il Ramazan ayının hilalını Məkkə vaxtı ilə Cümə günü iyun ayının 27-də saat 11:11- də görmək mümkün olacaq. Əlbəttə bu tarixdə adi göz ilə Ramazan ayının hilalını Ərəb və Asiya ölkələrində görmək mümkün olmayacaq. Və təkcə Latın Amerikasında yaşayanlar teleskopdan istifadə ilə həmin tarixdə yeni Ramazan hilalını görə bilərlər.
Bəyaniyyədə 2014-cü ilin iyun ayının 28-i Hicri-Qəməri tarixi ilə 1435-ci ilin mübarək Ramazan ayının ilk günü elan olunaraq bildirilir ki, ümid olunur müsəlmanlar bu mübarək ayda İslam maarifinə riayət etməklə həqiqi İslamın simasını qeyri-müsəlmanlara göstərə bilsinlər.