
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Səudiyyə Ərəbistanı çapı olan "Darul-həyat" qəzetinə istinadən verdiyi xəbərə görə Türkiyənin Quniyə şəhərinin "Mövlana" muzeyindəki qədim tarixə malik "Ər-Rayə" adlandırılmış Quran nüsxəsi sərgiyə gələn tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır. Bu Quran nüsxəsi Osmanlılar dövrünə aiddir və 3 sm.-dən də kiçik bir həcmi var.
Bu kiçik Quran nüsxəsinin Mövlana muzeyindəki digər iri həcimli Quran nüsxələri ilə birgə sərgilənməsinə baxmayaraq, tamaşaçılar tərəfindən daha çox maraqla qarşılanıb.
Quniyə muzeylərinin müdiri Yusif Benli vurğulayıb: Mövlana muzeyi hər ay ölkə daxilindən və xaricdən 100 minlərlə tamaşaçı turist qəbul edir və keçən il muzeyə baxış keçiriənlərin sayı 2 milyon 200 min nəfəri keçib.
Bu xəbərə görə Mövlana muzeyində başqa bir nadir Quran nüsxəsi vardır ki, Fatimə Hanum adlı bir xanım tərəfindən 16-cı əsrdə yazılmış və saxlanılmışdır.
İndi Mövlana muzeyi adlandırlan məkan əslində bir zamanlar Mövlana Cəlaləddin Bəlxinin yaşadığı və tədris edtiyi yer olmuşdur.
Mövlananın qəbri üzrəindəki günbəz onun oğlu Bəha Vələd zamanında (1273 milad) Mövlana sevərlər tərəfindən tikilmişdir.