
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “məaknet” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Türkiyənin “YIDIZ” şirkətlər qrupu İngiltərənin paytaxtı London şəhərinin hərraclarından (auksion) “Sozbi” hərrac salonunda Quran-Kərimin ən qədim əl-yazma nüsxələrini aldı. Bu nüsxələrinin qiyməti 61 min dollar olmuşdur.
Bu əlyazma Quran-Kərim nüsxələri qədim tarixə malik 5 cild nüsxədən ibarət idi ki, İslami əlyazmalar arasında ən qədim nüsxələr sayılırlar. Bu nüsxələrin tarixi hicri-qəməri ilə ilə 7-ci və 8-ci əsrlərə aiddir.
Bu qədim Quran nüsxələrinin Ənfal, Tövbə və Ə`raf surələri çap edilmişdir. Bu Quranların səhfələrinin hər biri 6 və 14 sətr arasında dəyişir.
Quran nüsxələri qəhveyi rəng cövhərlə yazılmışdır. Həmçinin Kufi xətt ilə yazılan ən qədim nüsxədirlər.
Türkiyənin “YIDIZ” şirkətlər qrupu İslami incəsənət sahəsində aktivdirlər və İslami əsərlərin və əlyazmaların tanıtdırılması yönündə sərgilər keçirmişlər.
1458900