IQNA

14:51 - July 05, 2010
Xəbər sayı: 1951584

Əllamə Fəzlullah şiə və sünni arasında fitnə yaradılmasını haram sayırdı

Beynəlxalq sektor: Müxtəlif partiyalar, institutlar, şəxsiyyətlər Əllamə Seyyid Məhəmmədhəsən Fəzlüllahın vəfatı münasibəti ilə bəyanat yayıblar. Bu bəyanatlarda Əllamə Fəzlullahın şiə və sünni arasında fitnəkarlığı haram sayması qeyd edilir.

İQNA İran Quran xəbər agentliyi xəbər verir ki, İraqın “Əddəvətul-İslamiyyə” partiyası öz bəyanatında Əllaməni bu partiyanın yaradıcılarından biri kimi tanıtdırır və başsağlığı verir. Bəyanatda deyilir: Əllamə Fəzlullah Ayətullah-üzma şəhid Məhəmmədbaqir Sədrlə birlikdə İraqda İslami oyanışın banilərindən olub və Səddamla mübarizə aparıb.

609708
captcha