IQNA

Türkiyədə “Quran təlimi yay kurslarının rolu” adı altında konfrans işə başladı

13:55 - July 11, 2010
Xəbər sayı: 1954158
Beynəlxalq sektor: Şənbə günü Türkiyənin Ərzurum şəhərində Quran təlimi yay kurslarının rolu adı altında konfrans işə başlayıb.
İQNA İran Quran xəbər agentliyi Risalehaber mərkəzinə istinadən xəbər verir verir ki, konfransın ilk günündə Dəyanət qurumu məsulları və 24 din xadimi iştirak edib. İştirakçılar Quran təlimi, Quranın uşaq və yeniyrtmələrin həyatına təsiri, hifz və qiraət təlimi sahəsində qüsurlar, yeni metodikalar kimi mövzular araşdırılıb. Dəyanət qurumunun müşaviri Məhəmməd Şevki Aydın öz çıxışında Quranla tanışlığın zəruriliyini vurğulayıb. Tortum şəhərinin müftisi Cəlal Böyükün Quranı öyrənməklə İslamla düzgün tanışlığın əhəmiyyəti mövzusunda məqaləsi təqdim olunub. Konfrans bu gün öz işinə yekun vuracaq.

612656
captcha