İQNA İran Quran xəbər agentliyi 27-ci Quran müsabiqəsinə qatılmış Tanzaniya nümayəndəsi Abbas Əhməd Əli ilə söhbətləşib. Qari bildirib ki, qiraət və hifz yarışmalarına təfsir nominasiyası əlavə edilərsə, bu, müsəlmanların həyatında hökmən müsbət dəyişikliklər yaradacaq. Beynəlxalq müsabiqədə ilk dəfə iştirak edən Abbas Əhməd Əli Tehran müsabiqəsinin çox yeksək səviyyədə təşkil edildiyini dilə gətirərək təşkilatçılara təşəkkürünü bildirib. Qari bildirib Quran müsabiqələri müsəlmanların vəhdəti yolunda ən təsirli tədbirlərdəndir.
613307