IQNA

Təfsir nominasiyasının əlavə edilməsi zəruri görünür

14:16 - July 14, 2010
Xəbər sayı: 1955787
Beynəlxalq sektor: Qurani-Kərim müsabiqələrində qiraət və hifzlə yanaşı təfsir nominasiyası üzrə yarışmaların təşkili nəinki müsəlmanların, hətta qarilərin Quranla tanışlığını artıra bilər.
İQNA İran Quran xəbər agentliyi 27-ci Quran müsabiqəsinə qatılmış Tanzaniya nümayəndəsi Abbas Əhməd Əli ilə söhbətləşib. Qari bildirib ki, qiraət və hifz yarışmalarına təfsir nominasiyası əlavə edilərsə, bu, müsəlmanların həyatında hökmən müsbət dəyişikliklər yaradacaq. Beynəlxalq müsabiqədə ilk dəfə iştirak edən Abbas Əhməd Əli Tehran müsabiqəsinin çox yeksək səviyyədə təşkil edildiyini dilə gətirərək təşkilatçılara təşəkkürünü bildirib. Qari bildirib Quran müsabiqələri müsəlmanların vəhdəti yolunda ən təsirli tədbirlərdəndir.

613307
captcha