IQNA

Bolqarıstanda Quran hifzi və qiraəti müsabiqəsi keçirilib

12:38 - August 03, 2010
Xəbər sayı: 1966402
Beynəlxalq sektor: Bolqarıstanın Kırcaali şəhərində Quran hifzi və qiraəti milli müsabiqəsinin 5-ci mərhələsi keçirilib.
İQNA İran Quran İnformasiya Agentliyi Kircaalibugun mənbəsinə istinadən xəbər verir ki, müsabiqələr beş nominasiya üzrə aparılıb: Quranın tam hifzi, 15 cüzün hifzi, 5 cüzün hifzi, Əmmə cüzün hifzi, Qurani-Kərimin qiraəti. Bolqarıstanın baş müftisi Mustafa Hacı, Bolqarıstan Ali İslam Şurasının rəisi Şəban Əli Əhməd, müxtəlif məcsidlərin imam-camaatları, müsəlman ölkələrinin səfirləri müsabiqənin gedişini izləyiblər. Bolqarıstan əhalisinin 12%-ini təşkil edən müsəlmanların sayı milyonu keçib.

625695
captcha