IQNA

13:26 - August 10, 2010
Xəbər sayı: 1970608

59 ölkə beynəlxalq Quran müsabiqəsi keçirmək üçün razılaşdı

Beynəlxalq sektor: Misir 18-ci beynəlxalq Qurani-Kərim müsabiqəsinin məsulu Əbdülqadir Sərhan müsabiqə ilə bağlı 59 ölkənin ümumi razılığa gəldiyini bildirib.

İQNA İran Quran İnformasiya Agentliyi Misirin əl-Misriyyun qəzetinə istinadən xəbər verir ki, Qahirədə keçirilən mətbuat konfransında ramazan ayında beynəlxalq Quran müsabiqəsilə bağlı razılıq əldə edilib. Müsabiqə əl-Əzhər universitetinin imam Məhəmməd Əbduh salonunda ramazan ayının 18-ci günündən başlayaraq təşkil ediləcək. Müsabiqənin 27 ramazanadək davamı nəzərdə tutulur. Ölkənin vəqf nazirliyi Suriya, Livan, Tunis, BƏƏ, Seneqal, Ərəbistan, Sudan, Liviya və Mərakeşdən hakimlər dəvət edib.

630128
captcha