IQNA

Kuveytdə “Əlquranu əlləməni” Quran mənə öyrətdi, adlı layihəsi müsbət qarşılandı

12:45 - September 01, 2010
Xəbər sayı: 1985737
Beynəlxalq şöbə: Küveytin Quran mərkəzlərinə nəzarət komissiyasının rəhbəri Nasir Əlkindiri deyib, "Mübarək Ramazan ayında “Əlquranu əlləməni” Quran mənə öyrətdi, adlı layihəsi vətəndaşlar tərəfindən müsbət qarşılandı".
İQNA Quran Xəbər Agentliyi Kuveytin “Əlqobs” qəzetinə istinadən verdiyi məlumata əsasən Nasir Kindiri bildirib ki, bu layihə Quran işləri və mütaliəsi və Küveyt Vəqf nazirinin müavini Abdullah Əlbarakın həyata keçirilir.
O bildirib ki, Mübarək Ramazan ayında bu layihəni həyata keçirmək Küveyt sakinlərinin eləcədə cavanların Qurana olan maraqının artırılması məasədini daşıyır.
Həmçinin cəmiyyətdə dini biliklərin artırılması, ailələr Quranın anlam və mənasını öz yaşayışlarında tətbiq etmələri üçün də əlverişlidir.
Qeyd edək ki “Əlquranu əlləməni” Quran mənə öyrətdi, adlı layihədə Quran kursları, Qurani kərimin təcvidi, və Quran haqda müxtəlif çıxışlar nəzərdə tutulur. Layihə mübarək Ramazan ayının sonuna qədər davam edəcək.
645827
captcha