İQNA Quran Xəbər Agentliyinin “Deyerler”ə istinadən verdiyi məlumata görə Türkmənistanın Dövlət Başçısı Qurbanqulu Berdimuhammədov Qədr Gecəsi ilə əlaqədar olaraq 3999 məhkumu əhf edib.
Berdimuhammədov da əfvdən faydalanacaq məhkumların yeni bir həyata başlayacaqlarına inandığını ifadə edib.
Bağışlanılan məhkumların adlarının siyahısı "Türkmənistan" və Rusca nümayiş olunan "Neytralnıy Türkmənistan" qəzetlərində dərc olunub.
Qeyd edək ki, Türkmənistanın birinci dövlət başçısı Saparmurad Türkmənbaşının 1999-cu ildə başlatdığı Qədr Gecəsi əfvi ənənəvi olaraq davam etdirilir.