İQNA Quran Xəbər Agentliyi: "İnanmırdım ki, bu yaşda Quranı əzbərləyə bilim, lakin Allah mənə güc və möhkəm iradə əta elədi və bu yolda mənə kömək etdi", bu sözləri xanım Rəfiqət Əhməd deyib. Bu barədə "Mühit" xəbər saytı məlumat verir.
Xanım Əhməd deyib ki, Quranı əzbərləməyə 4 il öncə bizim evin yaxınlığında "Darul-Quran" məscidi tikilməyə başlayandıqdan sonra başladım. "Məsciddə Quran və təcvid dərsləri təşkil olunurdu və o zaman Quranı düzgün oxumağı öyrənmək üçün dərslərdə iştirak etdim. O zaman Quranı əzbərləməyi fikirləşmirdim, lakin sonrakı kursda gözüm zəif olduğu üçün iştirak edə bilmirdim", -deyə xanım Rəfqət Əhməd deyib. O əlavə edib ki, elə o andan Quranı əzbərləməyə qərar veridim və gözümün zəif görməsinə baxmayaraq Quranı əzbərləməyə başladım. Bu yolda mənim Türkməli Quran müəllimim də mənə çox böyük kömək etdi.
İlk olaraq Bəqərə və Ali-İmran surələrini və sonra da Quranın digər surələrini əzbərləməyə başladım.
648444