İQNA Quran Xəbər Agentliyinin Əfqanıstan şöbəsinin bu ölkənin “avapress” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Əfqanıstanın mətbuatda qanun pozuntularını araşdıran komissiyası öz bəyanatında Əfqanıstanın bütün özəl televiziyalarında islami və milli dəyərlərə zidd filimlərin yayımlamamağa çağırıb.
Bununla bağlı qərar komissiyanın ötən günkü iclasında Əfqanıstan dindarları və parlament nümayəndələrinin ölkə televiziya kanallarında milli və dini dəyərlərə zidd filimlərin yayımına etirazları məsələsinin müzakirəsindən sonra verilib.
Komissiya bu tələbə əməl etməyən televiziyalara qarşı ciddi tədbir görüləcəyini və onların barəsində məhkəmə qərarı çıxarılacağını bəyan edib
649314