IQNA

Milan şəhər arxiyepiskopu bu şəhərdə müsəlmanlar üçün məscid tikilməsini istəyib

14:45 - September 07, 2010
Xəbər sayı: 1989833
Beynəlxalq şöbə: İtalyanın Milan şəhər arxiyepsikopu "Divinci Tetamanzi" bu şəhərdə ibadət yerlərinin tikilməsini müsəlmanların hüquqlarından olduğunu bəyan edib.
İQNA Quran Xəbər Agentliyinin Türkiyənin “Zaman” qəzetinə istinadən verdiyi məlumata görə, Milan şəhər müsəlmanları Ramazan ayında camaat namazları qılmaq üçün yer çatışmamazlığı ilə üzləşib, onlar şəhər rəhbərliyinə yeni daha böyük məscidin tikilməsi üçün müraciət ünvanlayıblar. Milan şəhər arxiyepsikopu müsəlmanların bu istəyini dəstəkləyib.
"Ölkə qanunları çərçivəsində , müsəlmanlar da ilahi din ümmətidirlər, onların da idadət etmək üçün yerlərinin olması hüquqları var və əgər ibadət yeri ilə bağlı hər hansı bir çətinlikləri varsə tez bir zamanda öz həllini tapmalıdır", -deyə cardinal Divinci Tetamanzi jurnalistlərə açıqlamasında deyib. Lakin miqrantların İtalyaya gəlməsi və eləcə də dini azlıqlara qarşı öz çıxışları ilə məşhur olan İtalyanın daxili işlər naziri Roberto Maruni isə Milan şəhər arxiyepiskopunun istəyinə qarşı çıxıb.
Milan şəhər arxiyepsikopu "Divinci Tetamanzi" bundan öncədə "bu ölkənin müsəlmanlarına qarşı yumşaq siyasət" yürütməsi iddiası ilə tənqidlərə məruz qalıb.
649449
captcha