IQNA

Sülh danışıqları müslmanlara təzyiq göstərmək üçün çirkli plandır – Nəcəf şəhərinin imam cüməsi

23:03 - October 09, 2010
Xəbər sayı: 2009477
Beynəlxalq şöbə: ABŞ-ın təzyiqləri ilə davam edən Fələstin özünüidarə etmə təşkilatı ilə sionist rejimi arasındakı sülh danışıqları Fələstinlilər və müsəlmanlara təzyiq göstərmək üçün çirkin plandır.
İQNA Quran agentliyi “alqubanchi” xəbər saytına istinadən məlumat verir ki, Nəcəf şəhərinin imam cüməsi Sədrəddin Qəbançi cümə namazı xütbələrində bildirib ki, Əl-Ənbiya məscidinin ötən həftə sionist rejimi tərəfindən yandırılması sionistlərin məskunlaşması üçün şəhərciklərin tikilməsi məqsədi ilə həyata keçirilib.
O əlavə edib ki, beynəlxalq təşkilatlar və islami ölkələr sionist rejiminə törətdiyi vəhşiliklərə son verməyə çağırmalıdır və bu rejimə təzyiq göstərməlidir.
Nəcəf şəhər imam cüməsi sonda Zi-l-QƏdə ayının əvvəli həzrət MƏsumə (ə) viladət günü olduğunu bəyan edib və deyib ki, İmam Rza (ə) dan nəql olunan hədislərin birində imam buyurur ki, “hər kəs onun (həzrət Məsumə (ə)) qəbrini onun haqqını tanımaqla ziyarət edərsə onun hədiyyəsi behiştdir”. 670937
captcha